"Riyaziyyat fənni üzrə nəticələr aşağıdır" - DİM sədri

"Riyaziyyat fənni üzrə hələ ki, nəticələr istədiyimiz səviyyədən aşağıdır".
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.
Onun sözlərinə görə, bu fənn üzrə yüksək nəticə göstərənlərin sayı kifayət qədərdir:
"Xarici dilə gəlincə, inanmırdım ki, qısa müddətdə nəticələr yaxşı olsun. Amma orta göstəricilər 40%-ə çatır və bu, bizim ölkə üçün çox yaxşı nəticədir".
DİM sədri əlavə edib ki, əvvəlki illərlə müqayisədə artıq şagirdlərin 70%-i açıq tipli test tapşırıqlarını yerinə yetirə bilir. Halbuki əvvəllər bu göstərici 30-40% idi:
"Yeni növ imtahana keçid edəndə maksimum 40% məzun yazı işini yerinə yetirə bilirdi. Xüsusilə tədris dili üzrə göstəricilər yaxşıdır. Addım-addım nəticələr yaxşılaşır, amma sıçrayış yoxdur".
Digər Xəbərlər

Dövlət qulluğuna qəbul imtahanları keçiriləcək

Həmkarlar təşkilatı adını dəyişdi

43 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olub

Bağçalara qəbul başladı

Ən yüksək balı onlar topladı

II və III qrup üzrə qəbul imtahanının nəticələri açıqlandı

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlandı
