adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 09:12
85
İDMAN
A- A+

Ronaldo dünya çempionu ola bilmədi 

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Adalet.az xəbər verir ki, Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər. ABŞ-nin Arlinqton şəhərindəki Dallas stadionunda oynanılan görüş ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə Mikel Merino vurub.

İspaniya millisinin 1/4 finaldakı rəqibi ABŞ - Belçika cütünün qalibi olacaq. Bu oyun gecə saat 04:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.