23 Sentyabr 2023 09:46
1287
İDMAN

Ronaldu dubl etdi, “Ən-Nəsr” qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı çempionatında 7-ci turun oyunları keçirilir.

Adalet.az xəbər verir ki, Kriştiano Ronaldunun da formasını geyindiyi “Ən-Nəsr” evdə “Əl-Əhli” ilə qarşılaşıb. 

Ər-Riyadın “Əl-Əvval Park” stadionunda keçirilən oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Ronaldu bu görüşdə dubla imza atıb.

Qeyd edək ki, 7 turdan sonra “Ən-Nəsr” 15 xal toplayıb və hazırda turnir cədvəlində 5-ci yerdədir. Eyni xalı olan “Əl-Əhli” isə 6-cı yerdə qərarlaşıb. Sıralamaya 18 xalla “Əl-ittihad” liderlik edir.

“Ən-Nəsr” - “Əl-Əhli” - 4:3

Qollar: Ronaldu, 4, 52, Taliska, 17, 45+6 - Kessye, 30, Mahrez, 50-pen; Əl Birakan, 87