"Roşka"ya hökm oxundu
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Adalet.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq Rövşən Süleymanzadə 3 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror dövlət ittihamının müdafiəsi zamanı Rövşən Süleymanzadənin 5 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker 2025-ci ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılmış, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Digər Xəbərlər
13 Oktyabr 2026 11:14
Lənkəranda ər arvadını bıçaqladı - 3 yaşlı uşaq isə...
10 Oktyabr 2026 13:10
Qadını şantaj edən gənc həbs olundu
09 Oktyabr 2026 17:50
Samuxda 40 yaşlı kişi küçədə bıçaqlandı: Qonşusu saxlanıldı
08 Oktyabr 2026 09:29
Xaçmazda əməliyyat - İki nəfər həbs edildi
07 Oktyabr 2026 20:05
40 yaşlı kişi 24 yaşlı arvadını belə öldürüb - VİDEO
07 Oktyabr 2026 12:06
“Kriminal küçələrdən evlərə, ailələrin içinə sıçrayıb”
07 Oktyabr 2026 08:53
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
06 Oktyabr 2026 12:24


Bakı -°C

