adalet.az header logo
  • Bakı -°C
09 Oktyabr 2026 17:50
72
KRİMİNAL
A- A+

Samuxda 40 yaşlı kişi küçədə bıçaqlandı: Qonşusu saxlanıldı

Samux rayonunda 40 yaşlı kişi bıçaqlanıb.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Kolayr kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Anar Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qonşusu, 1992-ci il təvəllüdlü Nəsib Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.