Rövşən Rzayev tələbə adını qazanan gənclərlə görüşdü - FOTOLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ərazisi işğaldan azad edilmiş rayonlardan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanan bir qrup gənclə görüşüb.
Adalet.az xəbər verir ki, Azərbaycanda təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri xatırladılaraq, Prezident İlham Əliyevin bu sahədə mükəmməl dövlət siyasəti həyata keçirdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da gənclərin özünü inkişaf proqram və layihələrinin icrasına xüsusi diqqət ayırdığı vurğulanıb.
Vətən müharibəsində qazanılan tarixi Zəfərdə gənclərimizin rolunun böyük olduğu və onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişdiyi böyük məmnunluq hissi ilə qeyd olunub. Böyük Qayıdış mərhələsində də gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyü, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında və müasir yaşayış məkanına çevrilməsində onların fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.
Bir müddət öncə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi infoturun iştirakçısı olmuş tələbələr bu maraqlı səfər barədə təəssüratlarını bölüşüb, ali təhsil dövründə qarşılarına qoyduqları məqsədlər barədə danışıblar. Onlar doğma yurd yerlərimizdə aparılan bərpa-quruculuq işlərinin şahidi olduqlarını, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin, o cümlədən qəhrəman şəhidlərimizin və qazilərimizin qanı bahasına işğaldan qurtarılmış torpaqlarımızın inkişafına sərf edəcəklərini bildiriblər.
Tələbələr dövlətimizin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər, yaradılan imkanlara görə ölkə rəhbərinə minnətdarlıq ifadə ediblər.
Dövlət Komitəsinin sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24


Bakı -°C

