Rövşən Rzayev vətəndaşları qəbul edib
Martın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər
06 Noyabr 2026 17:35
NEZ-in yenidənqurulmasına ayrılan vəsaitin həcmi açıqlandı
06 Noyabr 2026 16:53
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
06 Noyabr 2026 16:46
Hərbi Prokurorluğun rəhbərliyi görüş keçirdi
06 Noyabr 2026 16:25
İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışını etdilər - FOTO+VİDEO
06 Noyabr 2026 15:56
Prezident və birinci xanım Cəbrayılda - YENİLƏNİB + FOTOLAR
06 Noyabr 2026 15:47
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi
06 Noyabr 2026 14:47
Naxçıvandakı pensiyaçılara şad xəbər
06 Noyabr 2026 14:44


Bakı -°C

