Rövşən Rzayev vətəndaşları qəbul etdi - FOTOLAR
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.
Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Digər Xəbərlər
19 Iyun 2026 20:01
Bakıda yeni ekspres marşrutu fəaliyyətə BAŞLAYIR
19 Iyun 2026 16:17
Rövşən Rzayev onların müraciətləri dinlədi
19 Iyun 2026 16:11
Kardinal Kuvakad: “Azərbaycanla Müqəddəs Taxt-Tac arasında ortaq inam möhkəmlənir”
19 Iyun 2026 13:32
Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir
19 Iyun 2026 12:42
Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
19 Iyun 2026 12:22
"İnsanlarda media savadlılığını artırmaq lazımdır" - Deputat
19 Iyun 2026 11:36
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilib
19 Iyun 2026 11:14


Bakı -°C

