Rubio Papa ilə görüşdü
ABŞ Dövlət katibi Marko Rubio Vatikanda Roma Papası XIV Leo ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Görüşdə rəsmi Vaşinqtonla Vatikan arasındakı mövcud münasibətlər, sülhün qorunması və insan ləyaqətinin təşviqi istiqamətində ortaq öhdəliklər müzakirə edilib. Vatikan tərəfindən verilən açıqlamada isə tərəflərin regional və beynəlxalq vəziyyət ətrafında geniş fikir mübadiləsi apardıqları diqqətə çatdırılıb.
Qeyd edək ki, İranın ABŞ və İsraillə davam edən müharibəsi fonunda Roma Papası XIV Leo dəfələrlə münaqişəyə son qoyulması ilə bağlı çağırışlar edib. O, ABŞ Prezidenti Donald Trampın İranda sivilizasiyanın məhv ediləcəyi ilə bağlı təhdidlərini kəskin pisləyərək, bunu “qəbuledilməz” adlandırmışdı.
Prezident Donald Tramp isə öz növbəsində Roma Papasının xarici siyasət məsələlərində “zəif” olduğunu bəyan etmişdi.
Digər Xəbərlər
18 Iyun 2026 13:57
Rusiya Ukraynanın PUA mərkəzini VURDU
18 Iyun 2026 13:49
Moskva hava limanlarında uçuşlar təxirə salındı
18 Iyun 2026 13:02
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar YANIR - VİDEO
18 Iyun 2026 11:54
Brejnevin nəticəsi Ukraynada əsir düşüb
18 Iyun 2026 10:14
Memorandumdan sonra İrandan gözləntilərini açıqladı
18 Iyun 2026 10:01
Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq
18 Iyun 2026 09:31
Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəldi
18 Iyun 2026 09:27


Bakı -°C

