adalet.az header logo
  • Bakı -°C
18 Iyun 2026 09:31
77
DÜNYA
A- A+

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəldi

Futbol üzrə dünya çempionatının K qrupunda mübarizə aparan Özbəkistan komandası Kolumbiya ilə qarşılaşıb.

Adalet.az xəbər verir ki, görüş 3:1 hesabı ilə Kolumbiyanın qələbəsi ilə yekunlaşıb.

Bu, Özbəkistanın dünya çempionatları tarixində debüt matçı olub.

Qeyd edək ki, bu qrupun ilk oyununda Portuqaliya Konqo Demokratik Respublikası ilə bacarmayıb. Qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.

Bu gün dünya çempionatında ikinci turun oyunlarına start veriləcək. A qrupunda Çexiya Cənubi Afrika Respublikası ilə qarşılaşacaq. B qrupunda isə İsveçrə yığması Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.