Tramp və Pezeşkian ABŞ-İran sazişini imzaladılar - VİDEO
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Versal sarayında təşkil etdiyi şam yeməyindən sonra ABŞ-İran sazişinin nüsxəsini imzalayıb.
Adalet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Tramp jurnalistlərə “Sənəd imzalanıb” deyib. Daha sonra ABŞ tərəfi imzalanmış sənədin fotosunu İran rəsmilərinə göndərib.
Bununla yanaşı, "NewsNation" telekanalının məlumatına görə, memorandum İran Prezidenti Məsud Pezeşkian tərəfindən də imzalanıb.
Məlumata əsasən, sənədin ilkin variantı bazar günü elektron formada ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən imzalanıb.
“Bazar günü qarşılıqlı anlaşma memorandumu elektron qaydada vitse-prezident Cey Di Vens və parlament sədri Məhəmməd Bager Qalibaf tərəfindən imzalanmışdı. İndi isə sənədi Prezident Tramp və Prezident Pezeşkian imzalayıblar”, – deyə telekanalın məlumatında bildirilir.
"Tasnim" agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqaiyə istinadən məlumat yayıb ki, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu elektron qaydada imzalanıb və sənədin İsveçrədə ayrıca imzalanma mərasimi nəzərdə tutulmur.
Digər Xəbərlər
18 Iyun 2026 10:14
Memorandumdan sonra İrandan gözləntilərini açıqladı
18 Iyun 2026 10:01
Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq
18 Iyun 2026 09:31
Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəldi
18 Iyun 2026 09:27
"Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır" - Hakan Fidan
17 Iyun 2026 19:00
Ukraynadan unikal "Aşan" əməliyyatı: 800 zirehli texnika məhv edildi
17 Iyun 2026 18:50
Rusiya Ukraynanın itkilərini yenilədi
17 Iyun 2026 18:32
Yaşar Güler NATO-nun toplantısında iştirak etmək üçün Brüsseldə səfərdədir
17 Iyun 2026 18:26


Bakı -°C

