Hikmət Hacıyev Marius Lazurka ilə GÖRÜŞDÜ
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.
O, rumıniyalı həmkarı Marius Lazurka ilə məhsuldar görüş keçirdiyini bildirib:
"Azərbaycan və Rumıniya arasındakı strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiq edərək ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi üçün imkanları müzakirə etdik. Cənubi Qafqaza coğrafi cəhətdən ən yaxın olan Avropa İttifaqı üzvü dövləti kimi Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq. Fəal siyasi və təhlükəsizlik dialoqumuzu davam etdirmək barədə razılığa gəldik".
Digər Xəbərlər
18 Iyun 2026 10:58
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
18 Iyun 2026 10:40
"Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq" - Prezident
18 Iyun 2026 09:51
"Ölkədə işsizlik aşağı həddə saxlanılır" - İlham Əliyev
18 Iyun 2026 09:48
"Azərbaycan qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir" - Dövlət başçısı
18 Iyun 2026 09:47
"Dostlarımızın sayı ilbəil artır" - Prezident
18 Iyun 2026 09:30
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident
18 Iyun 2026 09:30
"Müstəqilliyin ilk 2 ili işğal və müharibə ilə yadda qalıb" - İlham Əliyev
18 Iyun 2026 09:26


Bakı -°C

