Rumıniyada Nizami Gəncəvi yaradıcılığı müzakirə edilib
Azərbaycan Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti Mərkəzi Azərbaycanın Rumıniyadakı səfirliyinin iştirakı ilə beynəlxalq onlayn dəyirmi masa təşkil edib. “Dünya ədəbiyyatı kontekstində Nizami Gəncəvi yaradıcılığının rəngarəngliyi” mövzusundakı dəyirmi masada “Al.İ.Kuza” Yaş Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbə və magistrləri iştirak ediblər.
Dəyirmi masanı Yaş Universitetinin dosenti, universitetin Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Rumıniyadakı nümayəndəsi Lyudmila Bejenaru açaraq, Nizami Gəncəvi yaradıcılığının özəlliklərindən danışıb. Azərbaycanın Rumıniyadakı səfirliyi adından tədbirdə iştirak edən səfirliyin birinci katibi Zaur Qulaməliyev və diplomat Təbriz Qarayev də dəyirmi masada çıxış ediblər. Daha sonra Azərbaycan Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Josefina Batto çıxış edərək, iki mərkəz arasında səmərəli əməkdaşlığa töhfə verən tərəfdaşlıq haqda söz açıb. Dəyirmi masada hər iki universitetin tələbə və magistrlərinin Nizami yaradıcılığı haqqında məruzə və təqdimatlarları, eləcə də əsərlərindən parçalar dinlənilib. Tədbir iştirakçıları son “Azərbaycanfilm” kinostudiyasında 1961-ci ildə çəkilmiş “Leyli və Məncun” filmindən fraqmentə baxaraq müzakirə ediblər.
Digər Xəbərlər
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

