Rusiya Azov dənizini də işğal edir
Rusiya prezidenyinin Krimdakı rəsmi nümayəndəsi, Krım hökumətinin baş nazirinin müavini Georgi Muradov, Mariopolun Rudiya ordusu tərəfindən işğal olunmasından sonra, Azov dənizinin statusunun dəyişdirildiyi barədə məlumat verib.
Muradovun sözlərinə görə, bundan sonra Azov dənizi Rusiya və qondatma "DXR"-in birgə istifadəsinə verilir və Ukraynanın bu dənizə çıxışı bağlanır.
"DXR-nın (qondarma) apardığı hərbi əməliyyatlar nəticəsində Mariopolu Ukrayna millətçilərindən azad edilməsindən ( əslində işğalından) sonra, Azov dənizinə çıxış əldə etmişdir. Yəni bundan sonra Azov dənizi Rusiya və (qondarma) DXR-in birgə istifadəsinə verilir"- deyə Putinin Krım üzrə nəsmi nümayəndəsi bildirib.
Muradov əslində Mariopolun rus hərbi qüvvələri tərəfindən deyil, guya qondarma Donetsk xalq respublikasının "hərbiçiləri" tərəfindən işğal olunmasını önə çəkməklə Rusiyanın bu işğalda rolunu danmağa çalışır. Lakin "unudur" ki, Rusiya müdafiə nazirliyinin gündəlik məlumatlarında bu bölgədə məhz Rusiya hərbi bölmələrinin döyüşdüyü barədə məlumatlar verilir.
ABŞ -ın əlinə yeni kozır verildi. Artıq tezliklə bütün ölkələrin gəmilərinə Azov dənizinə daxil olmamaq barədə yeni sanksitalar paketi hazırlamağa başlayarlar...
Rüstəm Hacıyev
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

