"Rusiya Ermənistanın bu addımına göz yuma bilməz" - Peskov

Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Nizamnaməsinə qoşulmasına göz yuma bilməz.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Diplomat qeyd edib ki, bu məsələ ilə bağlı ikitərəfli danışıqlar qarşıdadır: "Ermənistanın bu beynəlxalq xartiyaya qoşulması ilə bağlı yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Təbii ki, erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir, bu məsələni hələ də ikitərəfli dialoq çərçivəsində həll etmək lazımdır. Biz bunu etməkdə qərarlıyıq".
Xatırladaq ki, Ermənistan 2024-cü il fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olub.
Digər Xəbərlər

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək

Bu ölkədə matəm elan olundu

Orbandan Tramp-Putin sammiti ilə bağlı açıqlama

"Türkiyə ilə çox yaxşı dialoqumuz var" - Mirzoyan

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB
