Rusiya Minna-Liyna Lindi qara siyahıya saldı
Estoniya Xarici İşlər Nazirliyinin qlobal məsələlər üzrə vitse-kansleri Minna-Liyna Lind ATƏT-in xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın vizasının ləğv edilməsinə cavab olaraq Rusiyanın qara siyahısına daxil edilib.
Adalet.az xəbər verir ki, bu barədə TASS-a Moskvadakı yüksək rütbəli mənbə məlumat verib.
"Bu qərar ötən ilin dekabr ayının əvvəlində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Malta vizasının ləğv edilməsi ilə əlaqədar Moskvadan Tallinə "salam”dır. Vizanın ləğv edilməsi Rusiya nümayəndə heyətinin ATƏT-in xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün uçuşundan bir gün əvvəl məlum olub", - o bildirib.
Digər Xəbərlər
14 Yanvar 2025 13:33