"Rusiya müharibə istəmir, bəhrəsini görmək istəyir... " -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
397 | 2024-07-11 12:04

Hələ 80 il bundan əvvəl Böyük Britaniyanın baş naziri Uincton Çörçilin söylədiyi bu aforizm, müasir dövrdə də aktuallığını dəyişməyib. 

 Rusiya Federasiyasının prezidenti Vladimir Putin növbəti dəfə bəyan etdi ki, "Moskva şətrlərinin yerinə yetirildiyi andan atəşi dayandırmağa və sülh danışıqlarına başlamağa hazırdır".

  Kremlin şərtləri isə, Ukrayna NATO-ya üzvülüyə qəbul olunmaq xəyallarından  imtina etməlidir, Donetsk, Luqansk respublikaları, Xerson və Zaparojye vilayətlərini və Krım respublikasını ( yəni işğal edilmiş Ukrayna ərazilərini. R.H.) Rusiyanın əraziləri kimi tanımalı, Ukrayna hərbi birləşmələrini adı çəkilən, yəni işğal olunmuş ərazilərdən tamamilə çıxarmalıdır. 

  Bəli, nə az, nə də çox, bir sözlə Ukrayna biabırçı kapitulyasiya aktını qəbul etməlidir, acı məğlubiyyətini rəsmi surətdə elan etməlidir. Rusiya prezidenti Vladimir Putin özü də yaxşı bilir ki, Ukrayna heç bir halda bu şərtləri qəbul etməyəcək. Putin sadəcə olaraq başladığı müharibənin bitməsindən daha çox, onun bəhrəsini görmək istəyir...

  Müharibə - tormozu olmayan qatara bənzəyir, nə kimi fəsadlar, faciələr  törədə biləcəyi, hansı ölkələri təkərinin altına salıb relslərin üstü ilə sürüyəcəyi də məlum deyil. Xüsusiylə də onu idarə edən maşinisti ağlını itirib dəli olubsa, bu daha böyük fəlakətlərə gətitib çıxara bilər. 

  Hazırki durum göstərir ki, Tərəflər Ukrayuna ( əslində ABŞ və Qərb) və Rusiya atəşkəs elan olunmasına, dialoqa başlanmasına o qədər də maraq göstərmirlər.  Əsil fəlakət isə ondadır ki, əyləc sistemin itirmiş qatarlar da bir deyil, qarşı qarşıya hərəkət edən iki ağlını itirmiş "maşinistin" idarə etdiyi qatarlardır, biri okeanın o tayından şərqə doğru, digəri isə, şərqdən Avropanın ortalatına doğru  irəliləməkdədir.  

 Artıq Avropanın bir hissəsində gec də olsa anyırlar ki, "müharibə qatarlarını idarə edənlər" onları demək olar ki, qarşısı alınmaz böyük müharibəyə sürükləyirlər. Ənənəvi olaraq, bu dəfə də müharibənin katalizatoru kimi Polşanı irəli veriblər. Ukrayna prezidenti Volodimir Zelenski bu günlərdə Varşavada Polşa ilə təhlükəsizliklə bağlı müqavilə imzaladılar. Müqaviləyə görə, Polşa tərəfi Ukraunanın hava məkanlarını Rusiyaya məxsis raket və hərbi təyyarələrin hücumindan qoruya bilər.  Bu isə, Polşanın artıq rəsmi şəkildə Ukrayna tərəfdən birbaşa müharibəyə qoşulması deməkdir.

  Nəzərə alsaq ki, Polşa NATO dövlətidir, nələrin baş verə biləcəyini təsəvvür etmək belə çətin deyil. Fransanın "Patriotlar" partiyasının lideri Florina Filippo bildirib ki, Zelenski və Tusk arasında bağlanan bu ağlasığmaz müqavilə, Varşavaya Ukraynanın hava məkanlarında Rusiya raketlərini, pilotsuz uçuş aparatlarını və digər uçan obyektlərini vurmaq imkanı verir ki, "bu da artıq NATO dövlətinin açıq şəkildə müharibəyə qoşulması deməkdir".

 Rusiyanın qarşıda nələrlə qarşıaşa biləcəyi məlumdur. Avropanı nələr gözləyiyini, hansı faciələrlə üzləşə biləcəyini isə, təsəvvür etmək belə adamda qorxu yaradır. Birləşmiş Ştatlat NATO pərdəsi arxasında Avropanın göbəyini nüvə silahları ilə doldurub, qığılcım gözləyən barıt çəlləyinə çevirib. Muzdlu əsgərlər adı altında avropalı  hərbiçiləri Ukrayna cəbhəsinə göndərir. Onları Kiyevə hərbi dəstək göstərməyə məcbur edir... 

 Bu tərəfdən də üç Pribaltika dövləti- Estonoya, Litva və Latviya- sərhədləri boyu silah-sursat toplayır, bir sözlə sanki sonunu düşünmədən müharibəyə hazırlaşır. Özü də kiminlə? "1991-ci ildə üç respublikanın prezidentinin Belovejskidə Rusiya imperiyasının dağılmasına imza atmasını səhv addım kimi qiymətləndirən" Vladimir Putinlə. 

 Əslində onları da qınamalı deyilik. Pribaltika dövlətləri, Putinin bu bəyənatının arxasında "Mən bu səhvi düzəltməliyəm", yəni "imperiyanı pərpa etməliyəm" niyyətində olduğu kimi də başa düşmək olar. Lakin, Rusiyanın bu ölkələrə ata biləcəyi 2-3 taktiki bombanın onları Baltik dənizinin sularına qərq edə biləcəyindən də xəbərləri olmamış deyil. 

Vaşinqtonun Ukraynanı öz maraqlarına qurban verəcəyi əvvəlcədən də məlum idi, bu barədə əvvəllər də çox yazmışıq. İndi isə faktiki olaraq  Avropanı "qumara" qoyub.  Lakin ABŞ düşünmür ki, "çomağın iki başı olur".  Biri Avropanın başına  dəyəcəksə, digər tərəfi də Vaşinqtonun başına dəyə bilər... 

 Rusiya dövrü qədimdən  imperiya maraqları xatirinə düşünmədən özünü ən çətin keçilən bataqlıülara soxmağa öyrəşib. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanı müharibə etmək deyil, müharibədən əldə edə biləcəyi mənfəət daha çox maraqlandırır. İndiki halda, ən azından işğal etdiyi Ukrayna torpaqlarına sahib çıxmaq istəyir. Bunun üçün lazım gələrsə taktiki nüvə silahlarından da istifadə edəcəyini nəinki gizlətmir, hətta dəfələrlə ən yüksək sıviyyədə açıq şəkildə bəyan edir.

 Dünyanın ağıllı düşünən siyasətçiləri hesab edirlər ki, insanlığın sonunu gətirə biləcək faciələrlərin  qarşısının alınması üçün, nəhayət "maşinistlərdən"( ABŞ və Rusiyadan) "müharibə qatarlarının qəza tormuzlarının basılmasının" tələb olunmasının vaxtıdır.  Ən azından ona görə ki, bu müharibədə iştirak etmək istəməyənlər "müharibə qatarını" tərk edə bilsinlər...


 

TƏQVİM / ARXİV