Rusiya onları xarici agent elan etdi
Rusiya Ədliyyə Nazirliyi üç rusiyalı rəssamı xarici agent kimi tanıyıb.
Adalet.az xəbər verir ki, bu barədə məlumat Nazirliyin saytında yer alıb.
Anatoli Osmolovski, Yekaterina Marqolis və İqor Ponoçevni (Alyoşa Stupin kimi tanınıb) xarici agent elan ediliblər.
Marqolis, Ədliyyə Nazirliyinin məlumatına görə, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar, habelə Rusiya ordusunun mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar yayıb. Bundan əlavə, o, Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxıb.
Digər iki sənətçi ilə bağlı qərarlar da oxşar motivasiyaya malikdir. Məlumatda qeyd edilir ki, Marqolis və Ponoçevni hazırda Rusiya Federasiyasından kənarda yaşayırlar.