Rusiya sanksiyalara qarşı çarəni ev alətlərində tapdı!
ABŞ-ın ticarət naziri Gina Raimondo Rusiyanın Qərbin sanksiyalarından sonra döyüş meydanında məişət texnikası üçün nəzərdə tutulmuş kompüter çiplərindən istifadə etməyə başladığını açıqlayıb.
"Yarımkeçiricilər" olaraq da bilinən "kompüter çipləri" məişət cihazlarından tutmuş döyüş təyyarələrinə qədər əksər müasir cihazları gücləndirən beyinlərdir. Rusiyanın fevralın 24-də Ukraynada başladığı müharibədən sonra dünyanın ən böyük kompüter çipi şirkətləri Rusiyaya tədarükləri kəsməyə başladı. Bu, sanksiyaların məngənəsində olan Moskvanı alternativ yollar sınamağa sövq etdi.
ABŞ-ın ticarət naziri Gina Raimondo Senatın iclasında bildirib ki, Qərbin sanksiyalarından sonra Rusiya qabyuyan maşın və soyuducuların kompüter çiplərindən hərbi texnikada istifadə edir.
Bu yaxınlarda Ukraynanın baş naziri ilə danışan Raymondo deyib: “Biz ukraynalılardan qabyuyan maşın və soyuduculardan yarımkeçiricilərlə dolu Rusiya hərbi texnikası tapdıqları barədə yeni xəbərlər almışıq”.
Eminquey
Digər Xəbərlər
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
20 Mart 2026 09:43
“Vaşinqton yenidən Rusiya neftinin alışına qadağa qoyacaq”
20 Mart 2026 09:39


Bakı -°C

