Rusiya-Ukrayna müharibəsində ilk cinayətkar cəzalandırıldı
O, fevralın 24-də Rusiyanın Ukraynaya hücumunda ilk cinayətkar elan edilib. 21 yaşlı serjant Vadim Şişimarin ukraynalı mülki vətəndaşı öldürməkdə təqsirli bilinən ilk rus əsgəri olub. Sibirli təkər ustası Vadim ömrünün qalan hissəsini həbsxanada keçirəcək.
Adalet.az xəbər verir ki, 21 yaşlı rus əsgəri dünən sonuncu dəfə 62 yaşlı mülki Aleksandr Şelipovun silahsız olmasına baxmayaraq qəsdən öldürülməsində ittiham olunduğu iş üzrə məhkəmə qarşısına çıxıb. Paytaxt Kiyevdə keçirilən məhkəmədə sualları rus tərcüməçi vasitəsilə cavablandıran Şişimarin ömürlük həbsə məhkum edilib. Məhkəmə zalında şüşə ilə bağlanmış müttəhim kürsüsündə oturan Şişimarin məhkəməni səssizcə izləyib və hökm oxunarkən heç bir reaksiya verməyib.
Qeyd edək ki, məhkəmə sənədlərinə görə, 2000-ci il oktyabrın 17-də Rusiyanın Sibirinin İrkutsk şəhərində anadan olan Vadim Şişimarin üç il əvvəl hərbi xidmətə çağırılıb. Məcburi xidmətini başa vuran gənc paytaxt Moskvada təkər təmiri sexində işlədikdən sonra müqavilə əsasında aylıq 30 min rubl maaşla orduya çağırılıb.
Eminquey
Digər Xəbərlər
20 Dekabr 2025 19:50
Şərqin incisi sayılan, turistlərin heyran qaldığı Halfeti – FOTOLAR
20 Dekabr 2025 19:15
Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim edəcək
20 Dekabr 2025 18:14
Türkiyə dünyada ilk 10-luğa daxil olmağı hədəfləyir
20 Dekabr 2025 17:00


Bakı -°C

