“Cəhənnəm sanksiyaları” qəbul edildi
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.
Adalet.az xəbər verir ki, “cəhənnəm sanksiyaları” adlandırılan və mərhum senator Lindsi Qrem tərəfindən hazırlanan sənəd sentyabrın 16-da 262 səslə lehinə, 159 səslə əleyhinə qəbul olunub.
Qanun layihəsi qüvvəyə minməsi üçün Prezident Donald Trampın imzasını gözləyir.
Sənəd Rusiyanın yüksəkvəzifəli şəxslərinə, oliqarxlarına, banklarına və digər maliyyə qurumlarına, eləcə də, sanksiyalardan yayınmaq üçün istifadə olunan “kölgə donanmasına” qarşı yeni məhdudiyyətlər nəzərdə tutur.
Qanun layihəsi həmçinin Rusiya nefti və qazının ən böyük alıcıları olan ölkələrə 100 faizə qədər tarif tətbiq etmək səlahiyyəti verir. Sənəddə İrana qarşı mövcud sanksiyaların da uzadılması nəzərdə tutulur.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:40
Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
17 Sentyabr 2026 07:37
Əraqçi: Sülh üçün Si Cinpinin irəli sürdüyü 4 prinsip əsas götürülür
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10


Bakı -°C

