adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2026 08:35
72
DÜNYA
A- A+

Rusiya və Almaniya müharibə vəziyyətindədir - Zumann

Rusiyanın Almaniyaya qarşı apardığı təxribat əməliyyatları müharibə aktıdır. Bunlar Rusiya silahlı qüvvələri tərəfindən idarə olunur və əlaqələndirilir.

Adalet.az xəbər verir ki, bunu hərbi-müdafiə sahəsi üzrə almaniyalı sahibkar Stefan Zumann “Politiko”ya deyib.

Zumann AB liderlərinin Kremlin Avropadakı kampaniyasını təsvir etmək üçün istifadə etdiyi "hibrid müharibə" terminini rədd edib.

"Almaniya və Rusiya müharibə vəziyyətindədir", - deyə o bildirib.

Qeyd edək ki, avqustun əvvəlində Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanmışdı. Almaniyanın Federal Baş Prokurorluğu hadisə ilə bağlı istintaqı öz üzərinə götürərək, milli təhlükəsizliyə təhdid yarada biləcək ciddi hücum şübhəsi ilə təhqiqat aparır.