Rusiyada terror aktı ilə əlaqədar daha bir nəfər saxlanıldı
“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.
Adalet.az xəbər verir ki, əslən qırğız olan Əlişir Qasımov Rusiya vətəndaşıdır. Moskva vilayətində fərdi sahibkarlıqla məşğul olan Qasımovun üç uşağı var. O iddia edib ki, cinayətkarlarla şəxsi münasibətləri olmayıb. Mənzilini onlara “Avito” elanlar servisi vasitəsilə kirayə verib.
Beləliklə, “Crocus City Hall”da baş vermiş terrorla bağlı həbs edilənlərin sayı 8-ə çatıb.
Son məlumata görə, terror aktı zamanı xəsarət almış 92 nəfər hazırda xəstəxanalarda müalicə alır. Onlardan 6 nəfəri uşaqdır. 9 nəfərin vəziyyəti olduqca ağır qiymətləndirilir.
Digər Xəbərlər
28 Aprel 2024 10:08
Rusiyada zəlzələ olub
27 Aprel 2024 17:49Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45