Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisində uyğunsuzluq aşkarlanıb
Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1.3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında parazitoloji müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq (sarkosporidiumlar) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Digər Xəbərlər
30 Aprel 2026 12:18
“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb - FOTOLAR
30 Aprel 2026 10:28
Azərbaycandan Ermənistana taxıl və gübrə göndəriləcək
30 Aprel 2026 09:56
Saatlıq əmək haqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər
30 Aprel 2026 09:40


Bakı -°C

