adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Aprel 2024 12:12
1123
HADİSƏ

Rusiyadan qızının nişanına gələn ata və ana FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - YENİLƏNİB

Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn və evdə meyitləri tapılan ər-arvadın dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Adalet.az xəbər verir ki, yaxınları evin tüstü bacasının içində quşun yuva qurduğunu aşkarlayıblar. Tüstü bacası bağlı olduğu üçün qaz sobasından dəm qazı yarandığı və ər-arvadın zəhərlənərək öldüyü bildirilir.

    ***

    10:44

    Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

    Adalet.az xəbər verir ki, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

    Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və meyitlərini aşkarlayıblar.

    Faktla bağlı araşdırma aparılır.APA