Rusiyalı aktyor evində ölü tapıldı
Rusiyalı aktyor Dmitri Pisarenko Moskvanın mərkəzindəki mənzilində ölü vəziyyətdə tapılıb.
Bu barədə TASS-a ölkənin hüquq mühafizə orqanlarından bildirilib.
“Bir gün əvvəl 61 yaşlı aktyor Dmitri Pisarenko Tverskaya küçəsindəki mənzilindən ölü tapılıb. Bədənində zorakılıq izləri yoxdur”, - deyə qeyd edilir.
Həftədə bir dəfə aktyora evində baş çəkən, yemək gətirən qohumu bu dəfə heç kimin qapını açmadığına görə polis çağırıb. Onun sözlərinə görə aktyor kəskin pankreatit xəstəsi olub.
Pisarenko “Çar İvan Qroznı”, “Lermontov” və “Baş müfəttiş” də daxil olmaqla 20-dən çox filmdə rol alıb.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24