Rusiyalı deputatdan tələb:"Azərbaycanlı reperin konsertləri ləgv olunsun, çünki..."
jpg-1681810455.jpg)
Dövlət Dumasının Təhsil Komitəsi rəhbərinin birinci müavini, deputat Yana Lantratova Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalibin (Bəxtiyar Məmmədov) konsertlərinin ləğvini xahiş edib.
Adalet.az xəbər verir ki, deputat Lantratova Bəxtiyarın Ukrayna silahlı qüvvələrinə dəstəyini “KİV-dən öyrəndiyini bildirib:”Ukrayna Silahlı Qüvvələrini açıq şəkildə dəstəkləyən reper Jah Khalibin Rusiyadakı konsertlərinin ləğv olunması xahişi ilə Baş Prokurorluq, Moskva meri və Sankt-Peterburq qubernatoruna müraciət etdim. Jah Khalib təxəllüsü ilə tanınan Bəxtiyar Məmmədov aprelin 23-də və noyabrın 25-də Moskvada, aprelin 25-də isə Sankt-Peterburqda konsert verməyi planlaşdırır”
Deputat reperin instaqram hesabında paylaşdığı “hekayə”ni xatırladıb: “Jah Khalib qeyd edir ki, Kiyevdədir və sığınacaqdan sığınacağa köçür, ukraynanıları isə sadəcə sevmir, onlara heyrandır. Pulu isə Rusiyada qazanmağa çalışır. Məntiqsizdir”.
Qeyd edək ki, konsertlərin ləğvinə dair çağırışların olmasına baxmayaraq, Jah Khalibin aprelin 23-də Moskva keçirilməsi planlaşdırılan konserti ləğv olunmayıb.
Əntiqə Rəşid
Digər Xəbərlər

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..."

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - VİDEO
jpg-1754046435.jpg)
Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu döyüş

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

"Temu"dan Azərbaycan manatı və bayrağına qarşı hörmətsizlik - FOTOLAR
