24 Avqust 2024 14:21
257
MƏDƏNİYYƏT

Rusiyalı jurnalist ermənilərlə serial çəkir: Erməniəsilli Tina Kandelaki 

Rusiyalı təbliğatçı-jurnalist Tina  Kandelakiermənilərlə birgə yeni serialın çəkilişlərinə başlayıb.

Adalet.az xəbər verir ki, prodüserləri Artur Canibekyan, Tina Kandelaki və Boris Xançalyanın olduğu "Hər şey bu barədə" serialının çəkilişlərinə başlanılıb.
Erməni mediası bildirir ki, layihə ilk dəfə 2023-cü ildə "Pilot" festivalında nümayiş etdirilib. Serial "Comedy Club Production"ın sifarişi ilə TNT və "Norm Production" tərəfindən istehsal olunur.

Tina Kandelakinin atası gürcü, anası ermənidir. Onun fəaliyyətində ermənipərəslik aşkar hiss olunur. Tina Kandelaki bir dəfə  Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovla RTVI-ın efirində yayımlanan “Xüsusi qonaq” proqramına müsahibə zamanı ona provokativ suallar vermiş və Azərbaycan və Türkiyə əleyhinə fikirlər bildirmişdi.Ümumiyyətlə, Kandelaki bir çox cızma –qaralarında da Türkiyəni və Azərbaycanı hədəf seçib, bəzən isə təhqir edib.

 Əntiqə Rəşid