Rusiyanı yenidən ağuşuna alan HİV BƏLASI
Rusiyada HİV yoluxanların sayı və xəstəliyin yayılma templəri artmaqdadır.
Adalet.az xəbər verir ki, Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Rusiya əhalisinin həssas qrupları arasında HİV epidemiyasını elan etdi.
Söhbət narkomanlardan, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanlardan və seks sənayesi işçilərindən gedir.
Rospotrebnadzorun Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Epidemiologiya və QİÇS-in qarşısının alınması üzrə ixtisaslaşmış elmi-tədqiqat şöbəsinin rəhbəri Vadim Pokrovski İnterfax-a bildirib ki, Rusiyada onlar xəstəlik üçün daha az müayinə olunmağa başlayıblar.
Bundan başqa, onun sözlərinə görə, kənd əhalisi və mərkəzdən uzaq rayonlarda yaşayanlar arasında HİV-ə yoluxanlara daha çox rast gəlinməyə başlayıb.
Qeyd edək ki, 2016-cı ildən başlayan bu proses bütün sürəti ilə davam edir. Həmin dövrdə Rusiyada hər gün 270 nəfər HİV-ə yoluxduğu və
HİV virusu daşıyıcılarının sayı milyonu ötdüyü deyilirdi. Hətta həmin ilin noyabrında Yekaterinburq şəhərində HİV epidemiyası rəsmi elan olunub.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Oktyabr 2026 11:27
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
17 Oktyabr 2026 16:13
Bu qidalar beyin zədələnməsi riskini artıra bilər
17 Oktyabr 2026 09:38
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
16 Oktyabr 2026 16:50
Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
15 Oktyabr 2026 13:24
“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”
14 Oktyabr 2026 07:21
Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
14 Oktyabr 2026 07:19
Yedikləriniz əhvalınıza təsir edirmiş
13 Oktyabr 2026 18:22


Bakı -°C

