"Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik" - Nemət Əvəzov
“Yekaterinburqda azərbaycanlıların öldürülməsi ilə bağlı hazırkı tarixə qədər bizim istintaq qurumuna Rusiyanın səlahiyyətli orqanlarından hər hansı beynəlxalq tapşırıq və məlumat göndərilməyib”.
Adalet.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bu gün keçirilən brifinqdə deyib.
“Amma ölüm faktı varsa, bu fakt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət qurumunun binasında və yaxud onun avtomobilində qeydə alınıbsa, bu mütləq araşdırılmalı hadisədir. Meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib, bu da onu göstərir ki, Rusiyadakı həmkarlarımız da artıq araşdırmaya başlayıb.
Əməliyyat qurumlarının səlahiyyətli şəxsi tərəfindən belə zorakılığın tətbiqi nəticəsində hər hansı bir şəxs işgəncələrə məruz qalıb öldürülürsə, bu, xüsusilə ağır cinayətdir. Biz bununla bağlı ilkin dəlilləri, sübutları 2002-ci il Konvensiyasının tələblərinə uyğun olaraq, Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik. Həmin tapşırıqda da biz Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, sənədlərin toplanmasını, baxışların keçirilməsini xahiş etmişik.
Rusiya da həmin Konvensiyaya qoşulub. Ümid edirik ki, Konvensiyanın tələblərinə uyğun olaraq, çox yaxın vaxtlarda Rusiyalı həmkarlarımız tərəfindən daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlanılacaq. Törədilmiş cinayətin obyektiv istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması üçün qarşılıqlı təmas yaradılaraq səylərimizi davam etidirəcəyik . Ümid edirik, bütün təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək”.
Digər Xəbərlər
15 Aprel 2026 11:44
“Məhkəməsiz barışıq: Mediator kimdir və bizə nə qazandırır?”
15 Aprel 2026 11:09
Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? - Ali Məhkəmə açıqladı
07 Aprel 2026 11:07
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi
06 Aprel 2026 11:46
Kamran Əliyev Nizami rayonunda vətəndaşları qəbul edəcək
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
16 Mart 2026 12:07
Fransaya casusluqda ittiham olunan şəxsə hökm oxundu
13 Mart 2026 10:44


Bakı -°C

