Rusiyanın "təmkin" çağırışı , yaxud, aptekdən çörək tələb edən alıcı
Mətləbə keçməzdən əvvəl bildirim ki, Rusiya müharibənin 1168-ci günü Ukrayna ordusunun itkiləri haqda məlumat yayıb: “Deyib ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 662 təyyarəsi, 283 helikopteri, 55 654 PUA-sı, 605 zenit-raket kompleksi, 23 175 tank və digər zirehli texnikası, 1 558 reaktiv yaylım atəş sistemi, 24 514 artilleriya və minaatanı, 35 059 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.
Bunun cavabı olaraq Ukrayna da deyib ki, Rusiya indiyə qədər 959 500 hərbçi, 10 766 ədəd tank, 22 416 ədəd zirehli döyüş maşını, 27 431 ədəd artilleriya sistemi, 1 378 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 155 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 47 353 ədəd avtomobil texnikası, 35 142 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 873 xüsusi avadanlıq itirib.
Məlumdur ki, bu itkilərin məsulliyyəti Ukraynaya hücum edərək orada böyük bir savaşa imza atan Rusiyadır. Və hazırda dünyanın ən böyük müharibə ocağı Rusiyanın ayağındadır.
Sanki Rusiya özündəki nöqsanı, özünün bəşəriyyətə vurduğu zərbəni görmür.
Görsəydi...
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova hazırda aktiv fazaya keçən Hindistan-Pakirtan münaqişəsinə reaksiya bildirib:”Moskva Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın kəskinləşməsindən dərin narahatdır. Rusiya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırır”.
Düzü, Rusiya rəsmisinin bu açıqlamasından sonra hələ də anlamaqda çətinlik çəkirəm ki, bu açıqlama ilə Rusiya nə demək, nə etmək fikrindədir. Ümumiyyətlə, Rusiya Hindistandan və yaxud Pakistandan nə istəmək fikrindədir?
Mövzuya nə qədər uyğundur və yaxud uyğun deyil, amma yadıma bu lətifə düşdü:
Deməli, bir gün bir nəfər aptekə girir və deyir:-Sizdə çörək var?
Satıcı deyir ki, Aptekdə çörək olmür, yox yoxdu.
Kişi satıcının gözünü partladır.
Səhəri gun yenə girir həmin Aptekə deyir:- Sizdə çörək var?
Satıcı yenə deyir yox, yoxdur.
Kişi vurub satıcının o biri gözünü də partladır. Satıcı bundan bezir, Aptekə çörək alıb qoyur. Kişi yenə gəlir. Satıcı sevincək kişini qabaqlayır ki, bəs, bizdə çörək var.
Kişi qəzəblə satıcıya baxıb deyir ki, mənə indi çörək yox, Smetan lazımdı....
Paaart...
Əntiqə Rəşid...
Digər Xəbərlər
24 Dekabr 2025 17:52
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
24 Dekabr 2025 17:39
"Ağdam rayonunda artıq həyat bərpa edilir" - İlham Əliyev
24 Dekabr 2025 17:17
"Bu gün Ağdamın tarixində çox əlamətdar bir gündür" - Prezident
24 Dekabr 2025 16:44
Din xadimləri İlham Əliyevə təşəkkür etdi
24 Dekabr 2025 14:07
“Pirotexniki vasitələr nəinki səs-küyə, yanğınlara da səbəb olur”
24 Dekabr 2025 13:54
Emin Ağalarov Prezidenti belə təbrik etdi - VİDEO
24 Dekabr 2025 13:25
Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
24 Dekabr 2025 13:06


Bakı -°C

