25 Iyul 2024 17:55
290
DÜNYA

Rusiyanın Ukraynaya atdığı dron Rumıniyaya düşdü

Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ölkədə "Shahed" PUA-larının qalıqlarının tapıldığını təsdiqləyib.

Adalet.az xəbər verir ki, o, sosial media səhifəsində bu barədə paylaşım edib.

"Rusiya Ukraynanın mülki infrastrukturuna daha dəhşətli hücumlar həyata keçirdi. Rumıniya ərazisində dağıntılar yarandı", - o yazıb.

Nazir əlavə edib ki, Rumıniya artıq müttəfiqlərini insidentlə bağlı məlumatlandırıb və öz hərəkətlərini onlarla əlaqələndirir.