adalet.az header logo
  • Bakı -°C
17 Avqust 2026 10:58
76
İQTİSADİYYAT
A- A+

“Kredit bazarına təcili olaraq dövlətin müdaxiləsi olmasa...”

“Ölkədə kredit mühiti bərbaddır və bunu hamımız bilirik.İnsanların sosial rifahı da aşağıdır, bu da öz yerində. Gəlirlər artmır, iqtisadiyyat kiçilir, vətəndaş sosial xərclər altında əzilir. Belə olanda da çıxış yolu kimi insanlar istehlak krediti götürməyə başlayır. İnsanlarımız kütləvi halda borclanır. Rəsmi statistikaya görə, 2026-cı il 1 iyun tarixinə problemli kreditlər 635,4 milyon manat olub və son 1 ildə artım təxminən 25%-ə yüksəlib.Artım davam edir.Vətəndaşlar kredit ala bilmədikdə, adı qara siyahıda olduğuna görə, alternativ kredit əldə etmə üsulları axtarır. Xüsusilə də girov təminatlı kreditlər əldə etmək istəyir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib. 

İqtisadçı lombard kreditləri sahəsində vəziyyətin daha ağır olduğunu bildirib:

“Lakin son zamanlar kütləvi olaraq yayılan başqa bir girov təminatlı kredit təklifi formalaşıb. Avtomobilini girov qoyaraq kredit əldə etmək. Reklamlar bütün sosial şəbəkələrdə yayılıb. Reklam çarxlarında belə deyilir: "Nömrə dəyişmir, avtomobil sizdə qalır, 10 dəqiqəyə rəsmiləşdirmə".  Heç bir hüquqi əsası olmayan, heç bir bank və bank olmayan kredit təşkilatı deyil. Sadəcə VÖEN olan bir adam. Kredit təklif edir. Bu gün müraciət etdim. Avtomobilimi təklif etdim. 5000 manat vəsait lazımdır dedim. 18 aylıq qaytara bilərəm dedim. Aldığım cavabdan sadəcə şok oldum. 18 ay aylıq 495 manat geri ödəyəcəm. Yekunda mən 8910 manat həmin şəxsə ödəyirəm. Cəmi 18 aya. 5000 manata 3910 manat əlavə faiz. Bu isə nominal illik təxminən 83%, effektiv illik isə təxminən 124% faiz deməkdir. Lombardlaran sonra belə sistem qurub əlacsız insanların son ümidi olan əmlakını da talayırlar. Kredit bazarına təcili olaraq dövlətin müdaxiləsi olmasa, milyonlarla insan müflis olacaq. Və proses çox sürətlə böhrana doğru gedir”.

Vasif ƏLİHÜSEYN