Saatlı sakini qardaşını qətlə yetirib
Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Saatlı rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Arif Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
17 Dekabr 2025 10:55
Polis əməliyyat keçirdi: Saxlanılan var - VİDEO
16 Dekabr 2025 17:49
Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib
16 Dekabr 2025 17:39
Tülin Ələkbərova ilə bağlı qərar verildi
16 Dekabr 2025 17:21
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşdı - Tutuldu - VİDEO
16 Dekabr 2025 12:22
İrandan Azərbaycana 31 kq narkotik keçirmək istədilər
16 Dekabr 2025 10:52
Müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq 200 min manat ələ keçirdi - VİDEO
16 Dekabr 2025 10:12
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı
15 Dekabr 2025 18:20


Bakı -°C

