Sabah 27° isti olacaq
Oktyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-18° isti olacaq.
Digər Xəbərlər
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27
Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
02 Aprel 2026 12:05
Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
02 Aprel 2026 11:58
Kəlbəcər şəhərinə növbəti KÖÇ - FOTOLAR
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40


Bakı -°C

