Sabah 32 dərəcə isti olacaq
Azərbaycanda sabah 32 dərəcə isti gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-19°, bəzi yerlərdə 21-25° isti olacaq.
Digər Xəbərlər
04 Iyun 2026 14:12
Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır - VİDEO
04 Iyun 2026 13:37
Azərbaycandan Ermənistana 42 vaqon dizel göndəriləcək
04 Iyun 2026 12:53
"Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir" - Allahverən İsmayılov
04 Iyun 2026 12:19


Bakı -°C

