Sabahın hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
Digər Xəbərlər
08 Avqust 2026 11:10
17 yaşlı qızın nişanında münaqişə yaradanlar cəzalandırılacaq
08 Avqust 2026 10:19
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
07 Avqust 2026 20:22
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu
07 Avqust 2026 18:22


Bakı -°C

