adalet.az header logo
  • Bakı 27°C
05 Iyun 2022 17:30
639
İDMAN

Sadio Mane qərarını rəhbərliyə bildirdi

Hücumçu Sadio Mane "Liverpul"la yeni müqavilə imzalamağı düşünmür.

Adalet.az "The Telegraph"a istinadən xəbər verir ki, o, müqaviləni yeniləmək fikrində olmadığını və klubunu dəyişməyə üstünlük verdiyini Mersisayd təmsilçisinin rəhbərliyinə bildirib.

Daha əvvəl Mane ilə "Bavariya"dan maraqlandığı haqda xəbərlər yayılıb. Münhen klubununn 30 yaşlı seneqallıya ildə təxminən 20 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Mane 2021/2022 mövsümündə "Liverpul"un heyətində 50 matçda 23 qol vurub və 2 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.