ŞAGİRDLƏR YAZIÇI İSMAYIL QARAYEVİN EV MUZEYİNİ ZİYARƏT ETDİLƏR
Dünən , yəni 23 oktyabr 2024-cü ildə Goranboy rayonu, Səfikürd kənd tam orta məktəbinin 8ç sinif şagirdləri sinif rəhbəri Xalidə Süleymanova, direktorun təşkilati işlər üzrə müavini Tərgül Məmmədova, müəllim Şəbnəm Abdullayeva, hərbi rəhbər Elnur Qasımov, keçmiş döyüşçülər Qoşqar Səklikov və Elsevər Behbudovla birlikdə SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı İsmayıl Qarayevin ev muzeyini ziyarət etmişlər. Şagirdlərə yazıçının təhsil aldığı Tap Qaraqoyunlu kənd tam orta məktəbinin direktoru Sevinc Abbasova, müəllimə Rübabə İsmayılova, məktəbin digər rəhbər işçiləri və şagirdlər də qoşuldular. Əvvəlcə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Niyazi Aslanovun adını daşıdığı Tap Qaraqoyunlu kənd tam orta məktəbinin həyətindəki büstü, kənd şəhidlərinin və itkinlərinin xatirə kompleksi ziyarət olundu.
Ekskursiya iştirakçıları yazıçı İsmayıl Qarayevin yaşadığı həyətə daxil oldular. Yazıçının kitablarının təsvirindən ibarət nəhəng xatirə lövhəsinin qarşısında keçirilən yığıncaqda şagirdlərə onun həyat və yaradıcılığı haqqında şagird Firəddin Yusifov tərəfindən geniş məlumat verildi. Şagirdlər İsmayıl Qarayevin yaşadığı evə daxil olaraq onun ev muzeyi və iş otağı ilə tanış oldular.
Burada Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, Tap Qaraqoyunlu kənd tam orta məktəbinin direktoru Sevinc Abbasova yazıçı İsmayıl Qarayev haqqında xatirələrini söylədilər və yazıçının xatirəsini yad etdiklərinə görə tədbir iştirakçılarına təşəkkür etdilər.
Şagirdlərə yazıçının müxtəlif dövrlərdə nəşr olunmuş kitablarından nüsxələr hədiyyə edildi.
Sonda yazıçının övladı yazıçı-publisist Vəsimə İsmayılqızı telefon vasitəsi ilə tədbir iştirakçılarına ailəsi adından minnətdarlığını bildirdi.
Daha sonra iştirakçılar yazıçının kənd qəbristanlığında yerləşən məzarını ziyarət etdilər.
Ziyarətçilərə Qarayevlər ailəsinin yaxın dostları Əməkdar müəllim, Azərbaycan Yazıçılar Biriyinin və Jurnalistlər Birliyinin üzvü İsgəndər Səklikov və Səxavət Əmirov bələdçilik etdi.
Tədbir Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin tövsiyyəsi və İsgəndər Səklikovun təşəbbüsü və təşkilatçılığı ilə keçirildi.
Digər Xəbərlər
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59


Bakı -°C

