Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi.
Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdirdilər.
Digər Xəbərlər

Pakistanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Sənədlərin mübadiləsi mərasimi oldu - YENİLƏNİB

İlham Əliyev və Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış etdilər

Vaşinqtonda, səfirliyimizin qarşısındakı aksiya: Nəyə hesablanıb?

Türkiyə və Rusiya XİN rəhbərləri görüşüb

İlham Əliyev Estoniya Prezidentini təbrik etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
