Pakistanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Azərbaycan Respublikasında dövlət səfərində olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
Adalet.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Digər Xəbərlər

Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələr keçirilib

XİN-dən Fransa səfirinə CAVAB

Azərbaycan Estoniyanı təbrik etdi

Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi

Sənədlərin mübadiləsi mərasimi oldu - YENİLƏNİB

İlham Əliyev və Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış etdilər

Vaşinqtonda, səfirliyimizin qarşısındakı aksiya: Nəyə hesablanıb?
