Britaniya Şimali Koreyanın müdafiə nazirinə sanksiya tətbiq etdi

Britaniya 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti bəyanat yayıb.
“Böyük Britaniya bu gün Rusiya Prezident Putinin Ukraynaya genişmiqyaslı işğalından üç il sonra işğala kömək etməyə davam edənləri birbaşa hədəf alan 100-dən çox yeni sanksiya tətbiq edib” , - bəyanatda bildirilib.
Qeyd edilib ki, Rusiya Federasiyasına elektronika tədarükünə görə Mərkəzi Asiya ölkələri, Türkiyə, Tailand, Hindistan və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.
Bildirilib ki, sanksiyalar həmçinin Rusiyaya 11 mindən çox KXDR qüvvələrinin yerləşdirilməsində iştirakına görə Şimali Koreyanın müdafiə naziri No Kvanq Çol, digər Şimali Koreya generalları və yüksək rütbəli məmurlarını hədəf alıb.
“İlk dəfə olaraq Rusiyanın döyüş maşınına dəstək verən xarici maliyyə qurumlarını hədəfə almaq üçün yeni səlahiyyətlərdən istifadə edirik. Biz Qırğızıstanda yerləşən “Keremet Bank” ASC-yə sanksiya tətbiq edirik”, - qeyd edilib.
Digər Xəbərlər

Ukraynada prezident seçkiləri ilə bağlı bəyanat yetərincə səs toplamadı

Qırğızıstanda eks-deputat ölkədə iğtişaşlar hazırlayırmış

Ərdoğan Lavrovu qəbul etdi - YENİLƏNİB

Zelenskinin son qərarı: "Biz Türkiyəyə güvənməliyik"

Türkiyə XİN: Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırıq

Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib

"Moskva Vaşinqtonla təmasları davam etdirəcək" - Lavrov
