İlham Əliyevin adından Şərifin şərəfinə ziyafət verilib - YENİLƏNİB + FOTOLAR

Fevralın 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilib.
Adalet.az xəbər verir ki, ziyafətdə Azərbaycan və Pakistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
***19:09
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilir.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.