24 Fevral 2025 19:47
82
HADİSƏ

Azərbaycanda ikinci kurs tələbəsi dünyasını dəyişdi - YENİLƏNİB

Azərbaycan Texnologiya Universitetinin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Elcan Əliyev avtomobil qəzası nəticəsində dünyasını dəyişib. 

Adalet.az xəbər verir ki, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində "Opel" markalı avtomobilin vurduğu piyada Elcan Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

***19:10

Azərbaycanda ikinci kurs tələbəsi dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Əliyev Elcan Elçin oğlu vəfat edib.