Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib

Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Adalet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN başçısı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Fidanla görüşdə Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə baxılıb.
“Tərəflər arasında etimadın möhkəmləndirilməsi, infrastrukturun, nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə, eləcə də Cənubi Qafqazda “3+3” əməkdaşlıq platforması çərçivəsində birgə fəaliyyətə ayrıca diqqət ayırdıq”, - Rusiya XİN başçısı vurğulayıb.
Lavrov ümumilikdə Fidanla görüşün çox faydalı keçdiyini qeyd edib.
Digər Xəbərlər

Ukraynada prezident seçkiləri ilə bağlı bəyanat yetərincə səs toplamadı

Britaniya Şimali Koreyanın müdafiə nazirinə sanksiya tətbiq etdi

Qırğızıstanda eks-deputat ölkədə iğtişaşlar hazırlayırmış

Ərdoğan Lavrovu qəbul etdi - YENİLƏNİB

Türkiyə XİN: Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırıq

Zelenskinin son qərarı: "Biz Türkiyəyə güvənməliyik"

"Moskva Vaşinqtonla təmasları davam etdirəcək" - Lavrov
