24 Fevral 2025 17:37
128
ƏDƏBİYYAT

Vasif Əlihüseynin “25-dən 26-na keçməyən gecə”si çap olundu – FOTO

Şair-jurnalist Vasif Əlihüseynin Xocalı faciəsindən bəhs edən yeni kitabı işıq üzü görüb.

Adalet.az xəbər verir ki, “25-dən 26-na keçməyən gecə” adlı kitab “Qanun” nəşriyyatında çapdan çıxıb. V.Əlihüseyn saytımıza açıqlamasında bildirib ki, bu kitabda o, Xocalı faciəsi ilə bağlı yazdığı müsahibə və açıqlamalarını toplayıb:

“Kitab Cənab Prezidentin Xocalıda sakinlər qarşısında çıxışı ilə başlayır. Bunun ardınca isə məşhurların, ictimai xadimlərin Xocalı faciəsinə münasibətini öyrənmişəm. Ardıyca isə kitabda Xocalı faciəsi zamanı əsir düşən və o gecənin şahidi olan şəxslərdən aldığım müsahibələr yer alıb. Öz yazılarımla yanaşı, Xocalı faciəsi ilə bağlı vacib məlumatlara da kitabda yer vermişəm”.

Müəllif bildirib  ki, 300 tirajla çap olunan kitab heç bir mağazada satışda olmayacaq. Kitabı əldə etmək istəyənlər birbaşa onun özüylə əlaqə saxlaya bilərlər.