24 Fevral 2025 17:41
205
İDMAN

İstanbul derbisinin VAR hakimləri müəyyənləşdi

Türkiyə Super Liqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" derbisinin VAR hakimləri müəyyənləşib.

Adalet.az xəbər verir ki, oyunun VAR hakimi Alen Boroşak, onun köməkçisi isə Onur Özütoprak olacaq.

Prinsipial qarşılaşmada ədaləti sloveniyalı FIFA referisi Slavko Vinçiç qoruyacaq. Yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç olacaq. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Qeyd edək ki, "Qalatasaray" hazırda 63 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 57 xalla ikinci pillədə qərarlaşıb.