Sahibə Qafarova CAR-a işgüzar səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 30-da Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə işgüzar səfər edib.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Keyptaun beynəlxalq hava limanda nümayəndə heyətini Cənubi Afrika Respublikası (CAR) Parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın CAR-da müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclisin sədri "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.
Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Digər Xəbərlər

İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatdı

"Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar"

Mattarella Şəhidlər xiyabanını ziyarət etdi

Ülvi Quliyev seçicilərini qəbul edib - FOTOLAR

İtaliya Azərbaycanın vacib tərəfdaşlarından sayılır

Naxçıvanla maneəsiz əlaqə regiona faydalı olacaq - Türkiyə Milli Təhlükəsizlik Şurası

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR + YENİLƏNİB
