Sahibə Qafarova: “Səfirliyə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”
“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxış edərkən deyib.
O, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışaraq bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd edib.
Bu terror aktına görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü deyən spiker bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməli idi.
“Biz bu terror aktını törədənlərin, eləcə də bu qanlı aktın sifarişçilərinin ən qısa zamanda müəyyən edilməsini və ən obyektiv şəkildə cəzalandırılmasını tələb edirik”, - spiker bildirib.
Digər Xəbərlər
22 Sentyabr 2026 14:06
Prezident müşavirə keçirdi - VİDEO + FOTOLAR - YENİLƏNİB
22 Sentyabr 2026 13:37
"Risklərin qarşısını vaxtında almaq vacibdir" - Prezident
22 Sentyabr 2026 12:38
Naqif Həmzəyev ETİRAZ ETDİ
22 Sentyabr 2026 12:37
İlham Əliyev Forum iştirakçılarına müraciət etdi
22 Sentyabr 2026 12:29
“Trampın çıxışının başqa bir hissəsi məsələni daha maraqlı edir”
22 Sentyabr 2026 10:54
“İslam coğrafiyasında böyük bir anti-Qərb nifrəti...”
22 Sentyabr 2026 10:53
“Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək”
22 Sentyabr 2026 09:04


Bakı -°C

