Sahibə Qafarova Tokayevlə görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TÜRKPA-ya üzv olan ölkələrin parlament sədrləri ilə görüşüb, Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Qazaxıstan Prezidenti qeyd edib ki, TÜRKPA ölkələrimin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsir göstərir və onun potensialı xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə olunmalıdır.
Ötən il Qazaxıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi həyata keçirdiyini xatırladan Prezident Kasım-Jomart Tokayev bu müddətdə görülmüş işlər barədə məlumat verib.
Qazaxıstan Prezidenti Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində TÜRKPA-nın rolunu qeyd edərək vurğulayıb ki, müasir çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Dövlət başçısının sözlərinə görə, Qazaxıstan qardaş ölkələr arasında parlamentlərarası əlaqələrə və xalq diplomatiyasına xüsusi önəm verir. TÜRKPA əməkdaşlığı dərinləşdirməyə imkan verən nüfuzlu beynəlxalq təşkilat və unikal bir qurumdur. Bu təşkilat çərçivəsində birgə fəaliyyətin böyük əhəmiyyəti var.
“Qazaxıstan türk dövlətlərinin parlament diplomatiyasını tam dəstəkləyir. Biz həmrəyliklə bu çətin dövrləri uğurla geridə qoyacaq və iqtisadiyyatlarımızın inkişafına güclü təkan verəcəyik”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Digər Xəbərlər

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Kim düşünürsə ki, parlament notariusdur, yanılır - Deputat

XİN İsraildə olan Azərbaycan vətəndaşlarına MÜRACİƏT ETDİ

"Azərbaycan borc verən dövlətə çevrilib" - Siyavuş Novruzov

XİN-dən İrandakı Azərbaycan vətəndaşlarına müraciət - Bu ərazilərə getməyin!

Bu şəxslər də diplomatik pasport əldə edə biləcək

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət etdi
